Saytımızı qiymətləndirin


 
 

HP: "Azər Türk Bank" xalis mənfəət əldə etsə də, büdcəyə dividend ödəməyib
Tarix: 01-11-2022 | Saat: 15:17
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

HP: "Azər Türk Bank" xalis mənfəət əldə etsə də, büdcəyə dividend ödəməyib

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat təşkil etsə də 2021-ci ildə və 2022-ci ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.

Bildirilib ki, büdcə gəlirlərinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, "Azər Türk Bank" tərəfindən bu sahədə ciddi inzibatçılıq tədbirlərinin görülməsi zəruri hesab edilir.

Palataya görə, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5,0 mln. manat nəzərdə tutulub. Bundan da cari ilin 8 ayı ərzində 4,0 mln. manat dövlət büdcəsinə ödənilib. "Aqrarkredit" QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0,2 mln. manat dividendin dövlət büdcəsinə ödənişi həyata keçirilib.

Ümumilikdə, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124,7 mln. manat məbləğində vəsait daxil olub ki, bunun da 120,5 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT, 4,0 mln. manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilib.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər