Saytımızı qiymətləndirin


 
 

Yaşı 65-dən yuxarı pensiyaçıların sayı azalıb - RƏSMİ
Tarix: 01-11-2022 | Saat: 13:58
Bölmə:Karusel | çapa göndər

Yaşı 65-dən yuxarı pensiyaçıların sayı azalıb - RƏSMİ

2021-ci ilin 1 yanvar tarixinə yaşa görə pensiyaçı kimi qeydiyyatda olmuş şəxslər 65 yaşdan yuxarı olan əhalinin 94,7%-ni təşkil etdiyi halda, 2022-ci ilin 1 yanvar tarixinə bu göstərici 88,4% olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

 

Bildirilib ki, yaşlanmanın artımı fonunda qeyd edilən azalmanın baş verməsi pensiya yaşına çatmış şəxslərin pensiya təyinatı üçün tələb olunan göstəricilərə sahib olmaması və nəticədə həmin şəxslərə sosial müavinətin təyin edilməsi ilə əlaqələndirilə bilər. Digər tərəfdən hazırkı pensiya təminatı sisteminin şərtlərinin daha çox növbəti orta və uzunmüddətli dövrdə pensiya təyinatı üçün müraciət edəcək şəxslər üzrə formalaşacaq göstəriciləri dəstəkləməsi cari dövrlə müqayisədə gələcəkdə daha çox şəxsin yaşa görə əmək pensiyası ilə təmin olunacağını əks etdirir.

 

Qeyd edilməlidir ki, əhalinin qocalması və pensiya yaşına çatan insanların sayının artması uzunömürlülük riskini artırır. Pensiya sistemində uzunömürlülük riski (longevity risk) insan inkişafı konsepsiyasında uzun yaşamanın baza göstəricisi hesab edilən gözlənilən ömür uzunluğunun böyük olması səbəbindən pensiyaların gözlənildiyindən daha uzun müddətə ödənilməsi riskidir.

 

Statistik məlumatlara əsasən 2021-ci il üçün Azərbaycanda gözlənilən ömür uzunluğu kişilər üçün 71,3 yaş, qadınlar üçün isə 75,9 yaş olaraq müəyyənləşdirilib. Mövcud qanunvericiliyə əsasən gözlənilən pensiya ödənişi müddətinin sayı isə 12 ildir. 



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər