Saytımızı qiymətləndirin


 
 

“Putin 2024 seçkilərindən sonra Ukraynaya yeni hücuma keçə bilər”- Qərb kəşfiyyatı
Tarix: 02-12-2023 | Saat: 15:30
Bölmə:Karusel / Region | çapa göndər

Putinin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində gözlənilən qələbəsindən sonra Rusiya ordusu daha geniş hücuma keçə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN Qərb kəşfiyyat orqanlarının hesabatlarına istinadən yazıb.

“Rusiyanın hücumu çox güman ki, Ukrayna ordusunun güclü müqaviməti ilə üzləşəcək. Ukrayna müdafiə tərəfində olmaq üstünlüyünə sahib olacaq. Onlar bu məsələdə çox güclüdürlər”, – yüksək rütbəli Qərb rəsmisi CNN-ə deyib.

Ukrayna Silahlı Qüvvələrinin cənub və şərqdə uğursuz əks-hücum əməliyyatı ukraynalı hərbçilərin digər ərazilərdə əhəmiyyətli irəliləyişi ilə kompensasiya edilib. Bununla belə, Qərb kəşfiyyat agentlikləri xəbərdarlıq edir ki, döyüş meydanında irəliləyiş 2024-cü ilin ortalarına qədər dayana bilər və bu, müharibəni bir çox müşahidəçinin Putin üçün faydalı hesab etdiyi “dondurulmuş münaqişəyə” yaxınlaşdıra bilər.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər