Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub
Tarix: 20-09-2024 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.

Qarabaginfo.az MN-ə istinadən xəbər verir ki, general-polkovnik K.Vəliyev kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.
Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılmış şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib.
Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb.

 



Xəbəri paylaş

62 dəfə oxunub.

Digər xəbərlər