Tarix: 31-10-2022 | Saat: 23:52
Bölmə:Karusel / Manşet | çapa göndər
İran Amerikanın bəzi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq edib.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyi açıqlama verib.
Xarici İşlər Nazirliyi açıqlamasında həmin şəxsləri və qurumları insan haqlarına zidd fəaliyyətlərdə, daxili işlərə qarışmaqda, zorakılıq və iğtişaşları təbliğ etməkdə, terror aktlarına təhrik etməkdə və təşviq etməkdə ittiham edib.
Sanksiya tətbiq olunmuş qurumlar arasnda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Ordusunun 9-cu Hərbi Hava Qüvvələri, ABŞ Milli Qvardiyası və s. qurumların adları yer alıb.
Sanksiya tətbiq olmuş şəxslər arasında ABŞ Regional Ordu Komandanlığının (CENTCOM) komandanı, müavini, İraqın Ərbil şəhərindəki ABŞ Hərbi Hava Bazasının komandiri və digər şəxslər yer alıb.
Qeyd edək ki, ümumilikdə İran bu gün 10 amerikalı şəxsi və 4 quruma qarşı sanksiya tətbiq edib.
Digər xəbərlər