Tarix: 31-10-2022 | Saat: 14:09
Bölmə:Karusel | çapa göndər
2023-cü ildə Ermənistan büdcəsindən Qarabağdakı seaparatçı rejimə maliyyə yardımının həcmi dəyişməyəcək və 144 milyard dram (təxminən 355 milyon dollar) təşkil edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan ölkə parlamentində 2023-cü il dövlət büdcəsi layihəsinə dair dinləmələrdə deyib.
Onun sözlərinə görə, yardımın həcmi 2022-ci ildə olduğu kimi olacaq. Bu il Qarabağda maliyyə xərclərinin bir hissəsi birdəfəlik (infrastrukturun bərpası və mənzil tikintisi) olub. 2023-cü ildə bu xərclər o qədər də böyük olmayacaq, ona görə də Qarabağa ayrılan yardımlar digər xərclər üçün daha böyük həcmdə istifadə oluna biləcək.
Nazir qeyd edib ki, Maliyyə Nazirliyi vaxtaşırı Xankəndidəki rejimlə vəziyyəti müzakirə edir və lazım gəldikdə maliyyə artırılır. Beləliklə, 2022-ci il ərzində dəstək şəklində əlavə olaraq 20 milyard dram ayrılıb. Oxşar qərarlar 2023-cü ildə də verilə bilər.
Digər xəbərlər