Saytımızı qiymətləndirin


 
 

Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Şuşaya səfəri başlayıb
Tarix: 29-10-2022 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Şuşaya səfəri başlayıb

Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Qarabaqinfo.az xəbər verir ki, heyətə Türkiyə Gəzginlər Klubunun prezidenti, “NomadMania” portalının qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəliblər. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olacaqlar.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, NomandMania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə, 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.APA/az

 



Xəbəri paylaş

1167 dəfə oxunub.

Digər xəbərlər
21-02-2022, 16:13 “Liverpul”da ciddi itki