Saytımızı qiymətləndirin


 
 

XİN: ABŞ Konqresində irəli sürülən birtərəfli qətnamələr Ermənistanla sülh danışıqlarına zərər vurur
Tarix: 22-05-2023 | Saat: 13:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

XİN: ABŞ Konqresində irəli sürülən birtərəfli qətnamələr Ermənistanla sülh danışıqlarına zərər vurur

“Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatları Konqres üzvlərinə həqiqətə uyğun olmayan və əsassız məlumatlar təqdim edir.

XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, bunu ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşlərində bildirib.

O, həmçinin, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyini vurğulayıb.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər