Saytımızı qiymətləndirin


 
 

Fahrettin Altundan Qarabağ açıqlaması 
Tarix: 27-10-2022 | Saat: 13:32
Bölmə:Karusel | çapa göndər

Fahrettin Altundan Qarabağ açıqlaması 

Azərbaycan torpağı Qarabağı Ermənistanın işğalından azad etmək mücadiləsində media nümayəndələrimiz hadisə yerlərindən real məlumatlar və görüntülər yayaraq yalan təbliğatın qarşısına keçdilər və bunun mümkünlüyünün beynəlxalq ictimaiyyətə çatdırılmasında nümunəvilik göstərdilər.

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Ankarada keçirilən “Müharibə müxbirliyi və böhran bölgələrindən xəbərçilik” Forumundakı çıxışında ifadə edib.

 

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə Anadolu Agentliyi tərəfindən birgə təşkil olunan Forumun məqsəd və vəzifələrindən, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyənin yürütdüyü sülh diplomatiyasının əhəmiyyətindən danışan Fahrettin Altun deyib ki, əslində “müharibə müxbiri” anlayışı “sülh müxbiri” mənasını verir. Çünki bu çətin fəaliyyətin məqsədi məhz sülh yaratmaqdır. Bəzən münaqişə və fövqəladə vəziyyət bölgələrindən yayılan bir fotoqraf və yaxud görüntü oradakı vəziyyətin taleyinə təsir göstərir.

 

İdarə rəhbəri Fahrettin Altun Anadolu Agentliyinin və TRT-nin mövzu ətrafındakı çoxistiqamətli fəaliyyətini nümunə olaraq dəyərləndirib.



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər