Saytımızı qiymətləndirin


 
 

Rusiyalı deputat şərikinin qətlini sifariş edib
Tarix: 02-08-2024 | Saat: 21:55
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rusiyalı deputat şərikinin qətlini sifariş edib - YENİLƏNİB

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin həbsinin səbəbi məlum olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, o keçmiş şəriki və 2022-ci ildə külli-miqdarda mənimsəmə və israf etmə ittihamı üzrə 3 il azadlıqdan məhrum edilən iş adamı Sergey İonovun qətlini sifariş edib.

İstintaqa məlum olub ki, D. Savelyev onu cəzaçəkmə müəssisəsində qətlə yetirməklə bağlı göstəriş verib.

Qeyd edək ki, Dmitri Savelyev və Sergey İonov şərik olublar.

***

15:44

Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.

Qarabaginfo.az Baza-ya istinadən xəbər verir ki, o, qətlin təşkilində iştirakda şübhəli bilinir.

Bundan əvvəl baş prokuror İqor Krasnov senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə Federasiya Şurasına müraciət edib. Federasiya Şurası buna icazə verib və siyasətçi iclasdan çıxarkən saxlanılıb.

Xatırladaq ki, Dmitri Savelyev 2016-cı ildən Federasiya Şurasının üzvüdür. Parlamentin yuxarı palatasında Tula vilayətini təmsil edir. Onun səlahiyyətləri sentyabrda başa çatır. Federasiya Şurasına daxil olana qədər Savelyev 17 il Dövlət Dumasının deputatı olub.



Xəbəri paylaş

81 dəfə oxunub.

Digər xəbərlər