Rusiya Silahlı Qüvvələri nüvə silahlarının təlimini keçirir.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Rusiya KİV-in yaydığı məlumata görə, quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir.
Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub.
Hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən “Yars”, Barents dənizindən “Sineva” ballistik raketi, Kamçatkadakı “Kür” polqonundan qitələrarası ballistik raket buraxılıb.
Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə etmək ehtimalını açıqlayıblar.(Report)