Tarix: 09-01-2020 | Saat: 10:45
Bölmə:Karusel / Sosial | çapa göndər
Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanı sonuncu görən şəxs açıqlamalar verib.
Qarabaginfo "Publika.az"a istinadən xəbər verir ki, 10 yaşlı Nərmini sonuncu görən insan olan kənd sakini və qohumu Maarif Quliyev onu qoyunları kəndə qaytararkən görüb söhbətləşdiyini deyib:
"Soruşdum, hara gedirsən, dedi, nənəmgilə. Söhbət edə-edə gəlirdik. Dedim, ay qızım, neçədə oxuyursan? Dedi, 5-ci sinfə keçdim. Qiymətlərini soruşdum, "4", "5" aldığını dedi. Mən də ona dedim ki, sağlıq olsun, 6 ildən sonra ali məktəbə qəbul olsan, sənə xüsusi hədiyyəm olacaq. Allah rəhmət eləsin... Bu əməli törədələrin qanında erməni qanı var".
M.Quliyev həmin gün Nərminin davranışlarında hər hansı şübhəli məqam hiss etmədiyini əlavə edib.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Digər xəbərlər