Saytımızı qiymətləndirin


 
 

Abdullahianın tviti Ermənistana ciddi siqnaldır
Tarix: 24-10-2022 | Saat: 09:44
Bölmə:Karusel / Region | çapa göndər

Abdullahianın tviti Ermənistana ciddi siqnaldır

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın tvitində olduqca maraqlı nüans var. O yazır: “Ermənistanda mən cənab Paşinyanla Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı vacib görüş keçirdim”. Burda əsas vurğu və açar sözlər “xarici qüvvələrin müdaxilə etməməsi”dir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Artak Zakaryan deyib. O bildirib ki, bu, İranın Cənubi Qafqazda xarici maraqların müxtəlif və ziddiyyətli müdaxiləsindən narahatlığını rəsmi şəkildə ifadə etdiyi kifayət qədər aydın fikirdir:

“Ermənistan hakimiyyəti bu məsələdə çox mənfi rol oynayıb, xüsusən də hər biri təhdidlərlə dolu olan müxtəlif tərəflərə ziddiyyətli vədlər verib.

İran görür ki, Ermənistan hakimiyyəti bütün xarici tərəflərin maraqlarını qarışdırıb və nəticədə regionda yeni müharibə alovlanır. Bu müharibəyə bu dəfə bütün xarici güclər müdaxilə edə bilər.

Rusiyanın Ukrayna ilə bağlı hərbi-siyasi yükünü nəzərə alan İran Ermənistan hakimiyyətinin pis siyasəti nəticəsində İran üçün təhlükə yaradan yeni regional fəlakətin qarşısını müstəqil şəkildə almağa çalışır. Üstəlik, hərbi təlimlərin miqyasına və istiqamətinə görə İran daha ciddi olduğunu nümayiş etdirir”.

O, kollektiv Qərbin Ermənistan hakimiyyətinin yeni “insan tələfatı və ərazi itkisinə” səbəb olacaq bir prosesi başlatmasına imkan verməyəcəyinə ümid etdiyini vurğulayıb.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər