Saytımızı qiymətləndirin


 
 

Simonyan iranlı nazirə: Təbrizdə konsulluq açacağıq
Tarix: 22-10-2022 | Saat: 12:47
Bölmə:Karusel | çapa göndər

Simonyan iranlı nazirə: Təbrizdə konsulluq açacağıq

 

Oktyabrın 22-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

“Alen Simonyan qonaqları salamlayaraq qeyd edib ki, iyun ayında Tehranda keçirilmiş səmərəli görüşü böyük məmnuniyyətlə xatırlayır.

O, dost İranla qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, onların inkişafına yönəlmiş səylərin öz bəhrəsini verdiyini vurğulayıb”, – deyə məlumatda qeyd olunub.

A. Simonyan Ermənistanın Təbrizdə konsulluq açmasını planlaşdırdığını iranlı nazirə bildirib.



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər