Saytımızı qiymətləndirin


 
 

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI
Tarix: 02-07-2020 | Saat: 21:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Ölkənin ən böyük ticarət mərkəzi Gəncədə

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.



Xəbəri paylaş

507 dəfə oxunub.

Digər xəbərlər