NATO-nun sərhədlərinə yaxınlaşdığını vurğulayan Rusiya, onun da döyüş potensialını xeyli artırdığını bildirib.
Qarabaginfo.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirlərinin Toplantısında onlayn çıxış edib.
Şərqi Avropada kollektiv təhlükəsizlik vəziyyətinin xeyli pisləşdiyini deyən Şoyqu NATO-nun şərqə doğru genişləndiyini və Rusiya ərazisi yaxınlığında hücum silahlarının yerləşdirildiyini xatırladıb.
Şoyqu bəyan edib ki, Rusiyanın səylərinə baxmayaraq, əsas problemlərin həlli ilə bağlı Qərbin təklifləri nəzərə alınmayıb.