Saytımızı qiymətləndirin


 
 

Şənbə günün havası - Şimşək, yağış, qar....
Tarix: 21-10-2022 | Saat: 12:42
Bölmə:Karusel | çapa göndər

Şənbə günün havası - Şimşək, yağış, qar....

Oktyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər