Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır” - Dövlət başçısı
Tarix: 14-12-2021 | Saat: 21:20
Bölmə:Karusel / Dünya | çapa göndər

“Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır” – Dövlət başçısı
“Biz həmçinin NATO Baş katibi ilə regionda enerji təhlükəsizliyi məsələsini müzakirə etdik”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır.

“Əminəm ki, növbəti illərdə bu ölkələrin sayı artacaq. Bu, regional sabitlik və təhlükəsizlik üçün vacibdir. Bildiyiniz kimi, artıq enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə belə yüksək səviyyədə əlaqələrin olmasından məmnunuq. Çox şadıq ki, NATO da bizim səylərimizi yüksək qiymətləndirir. Bu gün biz razılığa gəldik ki, regionun faydası üçün və dünyada təhlükəsizlik üçün birgə səylərimizi davam etdirək”, – Azərbaycan Prezidenti qeyd edib.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər