Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, Trass vəzifəsini yerinə yetirə bilmədiyini söyləyib.
"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm", - deyə o xalqa müraciətində vurğulayıb.
Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb.
Onu da bildirək ki, gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq, həmin vaxta kimi Trass vəzifəsini icra edəcək./Modern.az