Arayik Ermənistan Təhlükəsizlik Şurasının iclasına buraxılmadı...- Paşinyan onu...
Tarix: 11-10-2022 | Saat: 09:32
Bölmə:Karusel / Region | çapa göndər
1216 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-10-2022 | Saat: 09:32
Bölmə:Karusel / Region | çapa göndər

"Nikol Paşinyan Praqadan qayıtdıqdan sonra dünən - oktyabrın 10-da Ermənistan Təhlükəsizlik Şurasının geniş tərkibdə ilk iclasını çağırdı. TŞ-nin əsas üzvlərindən başqa hökumət aparatından Arayik Arutyunyan, "Vətəndaş sazişi" fraksiyasının rəhbəri Ayk Konjoryan da dəvət olunub. Maraqlıdır ki, dünən Artsax prezidenti Arayik Arutyunyan rəsmi dairələrlə görüşmək üçün Ermənistana getdiyini bəyan etsə də, TŞ-nın iclasında görünməyib. Onlar bir gün sonra iclas çağıra bilərdilər ki, Artsax prezidenti də iştirak etsin. Bir il əvvəl Ermənistan Şurasının iclaslarında yalnız Artsax prezidenti deyil, həm də Artsax TŞ-nın katibi Vitali Balasanyan, bəzən başqa rəsmi şəxslər də iştirak edirdilər".
Qarabaginfo.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazır.
Ermənistan nəşrinin daha sonra yazdığına görə, əslində Paşinyan Əliyevi inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün qapalıdır. Mümkündür ki, bu, Əliyevin yalnız Qarabağa getməmək deyil, həm də separatçı rejim "rəsmi"lərini qəbul etməmək, birgə görüşlər keçirməmək barədə birbaşa tələbi ilə bağlıdır...
"Xəbərlər var ki, Paşinyan Artsax hökumətini devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışır ki, prezident seçmək mümkün olmasın, dövlət strukturları iflic vəziyyətinə düşsün, Artsax başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Xankəndində baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub".
Xatırladaq ki, Praqa görüşlərindən sonra Xankəndində haykların əsasən Arayik Arutyuna qarşı yönəlmiş etiraz aksiyaları təşkil olunub.
Xəbəri paylaş
Digər xəbərlər
23-07-2022, 22:10
Ağ Ev: Baydenin səhhətində ağırlaşma riski azalıb
27-08-2021, 17:55
İran səfirliyi Qafan-Gorus yoluna dair bəyanat verdi
21-02-2022, 19:19
Qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızları buraxılacaq
19-05-2022, 21:26
Çavuşoğlu macar həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib
21-12-2022, 11:26
Biləsuvardakı faciəyə səbəb WiFi modeminin partlaması imiş
15-10-2025, 17:15
Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr keçirilib
31-03-2021, 16:09
Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşü başlayıb
31-01-2023, 11:52
Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin SON VƏZİYYƏTİ


















