Saytımızı qiymətləndirin


 
 

Prezident: “Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir”
Tarix: 09-05-2020 | Saat: 15:17
Bölmə:Manşet / Karusel | çapa göndər

Prezident: “Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda faşizmin qəhrəmanlaşdırılması baş verir”

"Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyllər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir”.

"Qarabaginfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeyi tamamilə eynidir: “Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.

Ötən ilin dekabr ayında Sankt-Peterburqda qeyri-formal Sammitdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin İkinci Dünya müharibəsi dövrünə aid bir sıra sənədlər təqdim etdi. Bu sənədlərin çoxu əvvəl məlum deyildi. Hesab edirəm ki, bu faktın böyük əhəmiyyəti olub, çünki müharibənin tarixi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. Real faktların məlum olmaması, onları bilməmək çox vaxt tarixi həqiqətin təhrifinə gətirib çıxarır. İkinci Dünya müharibəsinin tarixi məsələsində bu, tarixi yenidən yazmaq və faşizmi qəhrəmanlaşdırmaq kimi təhlükəli meyllərlə bağlıdır. Buna görə belə sənədlərin açılması, əlbəttə ki, tarixi həqiqətə xidmət edir.

Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir. Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” nəşrinin 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyat fəaliyyəti” sərlövhəli məqalədə deyilir: “Dromedar” abverqrup-114 haqqında agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı tapıb və həbs ediblər. O, Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. SMERŞ əməkdaşları 17 təxribatçını tutub, qalanlar barəsində axtarış elan ediblər”. Njde Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur”. Burada necə deyərlər, şərhə ehtiyac yoxdur. Njde həbs edildi və ömrünü Vladimir həbsxanasında başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada az qala 6 metr hündürlüyündə abidə qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir”.



Xəbəri paylaş

362 dəfə oxunub.

Digər xəbərlər