Ana Sayfa > Karusel / Region > Arayik Ermənistan Təhlükəsizlik Şurasının iclasına buraxılmadı...- Paşinyan onu...
Arayik Ermənistan Təhlükəsizlik Şurasının iclasına buraxılmadı...- Paşinyan onu...11-10-2022, 09:32. Yazar: Admin |
"Nikol Paşinyan Praqadan qayıtdıqdan sonra dünən - oktyabrın 10-da Ermənistan Təhlükəsizlik Şurasının geniş tərkibdə ilk iclasını çağırdı. TŞ-nin əsas üzvlərindən başqa hökumət aparatından Arayik Arutyunyan, "Vətəndaş sazişi" fraksiyasının rəhbəri Ayk Konjoryan da dəvət olunub. Maraqlıdır ki, dünən Artsax prezidenti Arayik Arutyunyan rəsmi dairələrlə görüşmək üçün Ermənistana getdiyini bəyan etsə də, TŞ-nın iclasında görünməyib. Onlar bir gün sonra iclas çağıra bilərdilər ki, Artsax prezidenti də iştirak etsin. Bir il əvvəl Ermənistan Şurasının iclaslarında yalnız Artsax prezidenti deyil, həm də Artsax TŞ-nın katibi Vitali Balasanyan, bəzən başqa rəsmi şəxslər də iştirak edirdilər".
Qarabaginfo.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazır.
Ermənistan nəşrinin daha sonra yazdığına görə, əslində Paşinyan Əliyevi inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün qapalıdır. Mümkündür ki, bu, Əliyevin yalnız Qarabağa getməmək deyil, həm də separatçı rejim "rəsmi"lərini qəbul etməmək, birgə görüşlər keçirməmək barədə birbaşa tələbi ilə bağlıdır...
"Xəbərlər var ki, Paşinyan Artsax hökumətini devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışır ki, prezident seçmək mümkün olmasın, dövlət strukturları iflic vəziyyətinə düşsün, Artsax başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Xankəndində baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub".
Xatırladaq ki, Praqa görüşlərindən sonra Xankəndində haykların əsasən Arayik Arutyuna qarşı yönəlmiş etiraz aksiyaları təşkil olunub.
Geri dön |