Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü TANIDI
Tarix: 07-10-2022 | Saat: 11:03
Bölmə:Karusel / Qarabağ / Dünya | çapa göndər

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü TANIDI

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib.

 

Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

 

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.(modern)



Xəbəri paylaş

1151 dəfə oxunub.

Digər xəbərlər
28-01-2022, 11:16 Ordubada 41 sm qar yağıb