Saytımızı qiymətləndirin


 
 

TASS: Ərdoğanın Paşinyanla görüşü İrəvanla Bakı arasında sülh müqaviləsinə töhfə verə bilər
Tarix: 06-10-2022 | Saat: 10:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

TASS: Ərdoğanın Paşinyanla görüşü İrəvanla Bakı arasında sülh müqaviləsinə töhfə verə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən təkbətək danışıqları müsbət qiymətləndirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini və Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması prosesinə başlaya biləcəyini istisna etmir.

“Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - deyə hesabatda bildirilir.

Mənbələrin sözlərinə görə, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır. Onların fikrincə, bunu tam olaraq Ərdoğanla Paşinyan arasında gələcək danışıqlara aid etmək olar.

Bundan əvvəl mətbuatda Türkiyə prezidentinin oktyabrın 6-da Praqada ilk dəfə Ermənistanın baş naziri ilə görüşəcəyi barədə məlumat yayılmışdı. Gözlənildiyi kimi, tərəflərin danışıqları Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində baş tutacaq.



Xəbəri paylaş

1171 dəfə oxunub.

Digər xəbərlər