Saytımızı qiymətləndirin


 
 

Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək
Tarix: 05-10-2022 | Saat: 14:17
Bölmə:Karusel | çapa göndər

Ağdamdan Ağcabədiyə dəmir yolu xətti çəkiləcək

Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

 

O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.

 

Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.

 

"Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - o əlavə edib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər