Saytımızı qiymətləndirin


 
 

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb - FOTO
Tarix: 19-09-2022 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb - FOTO

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.

ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo olmaq üzrə bir çox ölkənin dünya lideri dəfn mərasiminə qatılıb.

“Westminster Abbey”də keçirilən mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a daşınacaq. Daha sonra isə cənazə Vindzor şəhərinə aparılacaq, Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında, Vindzorda torpağa tapşırılacaq.

Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb.



Xəbəri paylaş

202 dəfə oxunub.

Digər xəbərlər