Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Liviya arasında enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
Tarix: 04-10-2022 | Saat: 00:56
Bölmə:Karusel | çapa göndər

Bazar ertəsi Türkiyə və Liviya nümayəndələri enerji resursları sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.

Bunu jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tripolidə keçirilən danışıqların yekunları üzrə deyib.

“İmzalanmış sənəd Türkiyə və Liviya şirkətləri arasında əməkdaşlığı, quruda və dənizdə birgə tədqiqatların aparılmasını, dəniz zonalarının delimitasiyası, ərazilərimizdə zondlama işlərinin təşkilini nəzərdə tutur”, - türkiyəli nazir bildirib. Həmçinin, Çavuşoğlu üçüncü ölkələrin iki suveren dövlət arasındakı razılaşmalara müdaxilə etmək hüququna malik olmadığını vurğulayıb.

Qeyd edək ki, Çavuşoğlunun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Liviyada prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında danışıqlar aparıb. nümayəndə heyətinə XİN, müdafiə, energetika və ticarət nazirliklərinin rəhbərləri daxildir.



Xəbəri paylaş

1167 dəfə oxunub.

Digər xəbərlər
29-11-2022, 12:46 Sabah yağış yağacaq