Tarix: 07-06-2023 | Saat: 12:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır.
Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
“Beynəlxalq Vayuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% proqnoz edilir. Azərbaycan Mərkəzi Bankının inflyasiyanın azaldılması istiqamətində gördüyü tədbirlər nəzərə alınmaqla bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır. Mərkəzi Bank tərəfindən inflyasiya 8,9 % olaraq qeyd edilib. Bunlar arasında fərqlər var. Belə ki, Mərkəzi Bankın səsləndirdiyi rəqəm 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur”,-deyə nazir müavini qeyd edib
Digər xəbərlər