Tarix: 03-10-2022 | Saat: 16:01
Bölmə:Karusel | çapa göndər
Rusiya Dövlət Dumasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunan qanun layihəsinə baxılıb.
Qarabaginfo.az xəbər verir ki, Dumanın bu gün keçirilən iclasında Rusiya xarici işlər naziri, Rusiya prezidentinin məlum qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.
O, deputatları məlum qanun layihəsini ratifikasiya etməyə çağırıb.
Daha sonra Dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikov və parlamentin spikeri Vyaçeslav Volodin çıxış ediblər.
Sonda qanun layihəsi səsə qoyulub. İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin RF-yə birləşdirilməsini nəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək sənədi ratifikasiya edib.
Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd separatçı regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.(Apa)
Digər xəbərlər