Saytımızı qiymətləndirin


 
 

Azadlığa çıxmalı olan MTN generalını həbsdən BURAXMIRLAR
Tarix: 28-09-2022 | Saat: 17:37
Bölmə:Karusel | çapa göndər

Dünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Vüqar Xasayev məlumat verib. 

 

Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq tipli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir:

 

"Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir". 

 

Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər
15-03-2022, 23:52 Neft ucuzlaşdı