Saytımızı qiymətləndirin


 
 

Fərid Cəfərli: "Türkiyə Gənclər Vəqfi nümayəndələrinin Qarabağa səfər planları müzakirə edilib"
Tarix: 29-04-2022 | Saat: 23:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezidentin vəzifə verdiyi Fərid Cəfərov kimdir?

"Türkiyəyə növbəti səfərimiz Prezident İlham Əliyevin bu ili "Şuşa ili" elan etməsi ilə bağlı silsilə tədbirlər keçirmək məqsədi daşıyır. Burada keçirdiyimiz tədbirlərdə həm azərbaycanlı, həm də türkiyəli tələbələr iştirak edib. Tədbir çərçivəsində hər iki dövlətdən olan gənclərimizə Şuşanın mədəniyyəti, tarixi və tanınmış simaları haqqında məlumat verildi".

Qarabaginfo.az bildirir ki, bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərli bildirib.

İcraçı direktor qeyd edib ki, bu tədbirlər çərçivəsində Türkiyədə təhsil alan fəal azərbaycanlı tələbələr də məhz "Şuşa ili" ilə bağlı təbliğat işləri görməkdədir:

"Eyni zamanda Türkiyə Gənclər Vəqfi (TÜGVA) ilə birlikdə, qardaş ölkədən olan gənclərin də birgə iştirakı ilə Şuşaya və digər işğaldan azad edilmiş torpaqlarımıza səfər planları, müxtəlif mövzularda nəzərdə tutduğumuz layihələr müzakirə edilib"



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər