Saytımızı qiymətləndirin


 
 

Paşinyan Ermənistan ordusunun itkilərini ETİRAF ETDİ
Tarix: 19-09-2022 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ötən həftə Azərbaycan Ordusuna qarşı hərbi təxribatlara əl atan Ermənistan silahlı qüvvələrinin itkiləri barədə yeni rəqəmlər açıqlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, erməni ordusunun itkilərini baş nazir Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında elan edib.

 

Onun sözlərinə görə, sərhəddəki silahlı toqquşmalar zamanı Ermənistanın 207 hərbçisi ölüb və ya itkin düşüb. 

 

Bundan əlavə, Paşinyan bildirib ki, döyüşlərdə 293 erməni hərbçisi yaralanıb, 20 hərbçi isə əsir götürülüb.

 

Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri  Ermənistan ordusu tərəfindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 80 şəhid verib, 281 hərbi qulluqçu yaralanıb. 


Sentyabrın 14-ü axşam saatlarında Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılıq əldə olunub.



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər