Tarix: 19-09-2022 | Saat: 11:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində məskunlaşmış qadının orada saxladığı 70 pişik əlindən alınıb.
Ticarət mərkəzində plastik materialları, karton və boş butulkaları toplayaraq satan və həmin tcarət mərkəzində yaşayan Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Z.Yusifovanın orada olmadığı vaxt onun həmin gecəqonduda saxladığı 70 pişik maşına doldurularaq naməlum istiqamətə aparılıb.
İttihama görə, bundan sonra qadın evə gələrək pişiklərin aparıldığını görüb və ticarət mərkəzinin rəhbərliyinin ünvanına qeyri-etik ifadələr səsləndirib. Əraziyə gələn polis əməkdaşları qadını patrul avtomobili ilə polis bölməsinə aparıblar. Onun barəsində inzibati protokol tərtib edilib və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 200 mana cərimələnib.
Qeyd edək ki, daha əvvəl də ticarət mərkəzinin rəhbərliyi və ərazidə xidmət aparan polislər Z.Yusifovaya pişikləri oradan kənarlaşdırmasını, ticarət mərkəzi ərazisindən çıxarmasını bildiriblər.
Digər xəbərlər