Saytımızı qiymətləndirin


 
 

Yaşar Əliyev: "Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik"
Tarix: 15-09-2022 | Saat: 22:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanın bizim sərhədlərimizlə bağlı bəyanatlar verməyə haqqı yoxdur - Yaşar Əliyev - 15.09.2022, Sputnik Azərbaycan

"Biz Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Səfir Ermənistanın BMT-dəki daimi nümayəndəsinin çıxışı zamanı səsləndirilən ittihamların, əsassız və böhtan xarakterli olduğunu vurğulayıb:

"Standart uydurmalar, təhriflər və aldatmalarla dolu bu bəyanatlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığı təşviq etməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir".

Otuz il Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın beynəlxalq hüquqdan danışmasını tamamilə təzadlı adlandıran daimi nümayəndə Ermənistanın Azərbaycanın ərazilərinə qondarma adlar verməklə ərazi iddiaları ilə çıxış etməkdən çəkinməli olduğunu qeyd edib:

"Ermənistanın hələ də öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi, regionda sülh və sabitliyə səmimi sadiq olması faktı onun Azərbaycanda köhnəlmiş və ya uydurma yer adlarından davamlı istifadə etməsi ilə sübut olunur. Ermənistan nümayəndəsinin bəyanatında heç bir tarixi və hüquqi əsası olmayan belə adlara istinadlar onun hökumətinin Azərbaycana qarşı davam edən ərazi iddialarının və ölkəmin suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar etinasızlığının sübutudur".

Bundan başqa, səfir Azərbaycanın guya Ermənistandakı mülki obyektləri hədəfə aldığı barədə iddiaların yalan olduğunu söyləyib və məhz Ermənistanın 2020-ci ildə Azərbaycanın Gəncə və Bərdə şəhərlərindəki mülki binaları iri çaplı silahlardan atəşə tutduğunu vurğulayıb.

Y.Əliyev əlavə edib ki, Ermənistana qarşı hər zaman humanizm nümayiş etdirən Azərbaycan dövləti cinayət məsuliyyətinə cəlb edərək mühakimə etdiyi bir neçə erməni hərbi qulluqçunu qarşı tərəfə təhvil verib.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər