Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlı səfirlərə çağırış edildi: “Kabinetlərdən çıxın!”
Tarix: 13-09-2022 | Saat: 16:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Erməni saytlarında Amerikadakı bir qrup konqresmenin, Avropa Parlamentində bir neçə depuatın Azərbaycan əleyhinə açıqlamaları yayılıb və bu say getdikcə artır. Digər tərəfdən Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirib, dezinformasiyalar yayırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xaricdə Azərbaycan əleyhinə aparılan kampaniyadan danışarkən deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik fonunda Qərbin müxtəlif nəşrlərində Azərbaycan əleyhinə məqalələr də yayınlamağa başlayacaqlar.

Siyasi şərhçi Azərbaycanın xaricdəki diplomatlarına çağırış edib:

“İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalı, diplomatlarımız kabinetlərdən çıxıb görüşlərin sayını artırmalıdırlar. Heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi? Və ya Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm”.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər