Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib
Tarix: 10-09-2022 | Saat: 23:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Qarabaginfo.az-ın məlumatına görə, yığmamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. İlk iki setdə 25:14 və 25:20 hesabı ilə qələbə qazanan voleybolçularımız bu görüşdə ən azı 1 xal əldə edəcək.

Bununla da yığmamız Avstriya üçün əlçatmaz olub. Qarşılaşmadan öncə 9 xala malik komandamız rəqibini 2 xal qabaqlayırdı.

Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya, 4-cü pilləni Gürcüstan tutub.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər