Saytımızı qiymətləndirin


 
 

ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət
Tarix: 09-09-2022 | Saat: 10:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət

ABŞ-ın Azərbaycandakı Səfirliyi 5 Ermənistan hərbçisinin öz ölkəsinə təhvil verilməsinə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

Səfirlik ötən gün baş tutan təhvilvermə prosesini alqışladığını açıqlayıb: “Bunu Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya 5 nəfər Ermənistan hərbçisinin Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdiyini açıqlayıb. Bunlar Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç, Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan və Hovsepyan Edik Tiqranidir.



Xəbəri paylaş

200 dəfə oxunub.

Digər xəbərlər