Saytımızı qiymətləndirin


 
 

Bakıda yenilik: Mərkəzi küçələrə velosiped yolları salınır - FOTO
Tarix: 19-12-2023 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yenilik: Mərkəzi küçələrə velosiped yolları salınır - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlayıb.

 

Bu barədə Modern.az-a AYNA-dan bildirilib.

 

Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.

 

Artıq müvafiq nişanlanma işlərinə başlanılıb. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.

 

AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edib.

 

1308268



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər