Ana Sayfa > Karusel / Gündəm > ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət
ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət9-09-2022, 10:39. Yazar: Admin |
ABŞ-ın Azərbaycandakı Səfirliyi 5 Ermənistan hərbçisinin öz ölkəsinə təhvil verilməsinə münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib. Səfirlik ötən gün baş tutan təhvilvermə prosesini alqışladığını açıqlayıb: “Bunu Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - məlumatda vurğulanıb. Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya 5 nəfər Ermənistan hərbçisinin Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdiyini açıqlayıb. Bunlar Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç, Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan və Hovsepyan Edik Tiqranidir. Geri dön |