Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan öz PUA-sına azərbaycanlı pilotun adını verdi - Foto
Tarix: 07-09-2022 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qazaxıstan öz PUA-sına azərbaycanlı pilotun adını verdi

“Kazaxstan İnjinirinq” şirkəti Bakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində “Leyla” adlı pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bu barədə Qarabaginfo.az “Forbes.kz”a istinadən xəbər verir.

PUA-ya "Leyla" adı Azərbaycanın və Qafqazın ilk qadın pilotu Leyla Məmmədbəyovanın şərəfinə verilib. “Leyla” PUA-sı aqrar və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış və xilasetmə işlərində istifadə oluna bilər.

PUA-nın uçuş sürəti 160 kilometr/saat, maksimal hündürlüyü 3,5 kilometr, uçuş müddəti 5 saat, fəaliyyət radiusu 80-100 kilometr təşkil edir. PUA 20 kiloqramadək yük qaldıra bilər.

Leyla Məmmədbəyova Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi olub. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçüyə təlim keçib. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

Qeyd edək ki, bir müddət əvvəl “Belə belə işlər” layihəsi Leyla Məmmədbəyova haqqında film hazırlamışdı. Həmin filmi təqdim edirik:



Xəbəri paylaş

227 dəfə oxunub.

Digər xəbərlər