Tarix: 07-09-2022 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışında dünyanı bürüyən ərzaq qıtlığından danışıb.
Qarabaqinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin dünyada taxılın yalnız Qərbə ixracının humanitar fəlakətə səbəb ola biləcəyini vurğulayıb.
Putin deyib ki, inkişaf etmiş ölkələr ərzaq məhsullarını satın aldığından ən yoxsul ölkələr həmin qidalara çıxışı itirirlər.
Rusiya prezidenti "dünyada artıq 345 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir – bu, 2019-cu ildəkindən 2,5 dəfə çoxdur" deyib.modern.az
Putinin sözlərinə görə, Rusiya Federasiyası özünü təbii sərvətlərlə tam təmin etməyə qadirdir.
Prezident, həmçinin bildirib ki, rəsmi Moskva Ukrayna taxılının ixracı və aclıqdan əziyyət çəkən ölkələrin maraqlarının təmin olunması üçün hər şeyi edir.
"Praktiki olaraq Ukraynadan çıxarılan bütün taxıl inkişaf etməkdə olan ölkələrə yox, Avropa Birliyinə göndərilib" - Putin vurğulayıb.
Digər xəbərlər