Saytımızı qiymətləndirin


 
 

Xersonda rusların müdafiə xətti yarılıb
Tarix: 29-08-2022 | Saat: 14:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Ordusu Xerson vilayətində Rusiya işğalçılarının birinci müdafiə xəttini yarıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Kaxovka” qoşunların məlumatı əməliyyat qrupu yayıb.

 

Nəticədə alaylardan birinin mövqelərindən geri çəkildiyi bildirilib.

 

Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. İşğalçılar tanklardan, aviasiyadan və artilleriyadan atəş açır.

 

“Kaxovka” açıqlayıb ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə mürəkkəbdir:

 

"HIMARS, demək olar ki, bütün böyük körpüləri, Antonovski dəmir yolunu, avtomobil və Novokaxovski körpülərini dağıdıb. Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun Krım ərazisindən silah və şəxsi heyətinin tədarükü kəsilib. Bu, Ukrayna üçün öz ərazilərini qaytarmaq istiqamətində parlaq şansdır”.

 

Həmçinin bildirilib ki, yarımstansiyada qəza olduğundan Xerson şəhər və vilayətində elektrik enerjisi dayandırılıb.



Xəbəri paylaş

216 dəfə oxunub.

Digər xəbərlər