Saytımızı qiymətləndirin


 
 

Rusiya Kiyevdə Avropa Parlamenti əməkdaşlarının və Avstriya səfirinin qaldığı oteli vurub
Tarix: 03-07-2026 | Saat: 17:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Kiyevdə Avropa Parlamenti əməkdaşlarının və Avstriya səfirinin qaldığı oteli vurub

Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi hücum zamanı xarici ölkə diplomatlarının qaldığı "Cityhotel Residence" oteli də hədəfə alınıb.

Reuters“ xəbər verir ki, hücum zamanı həmin oteldə bir sıra xarici ölkə diplomatları ilə yanaşı Avropa Parlamentinin əməkdaşları və Avstriyanın Ukraynadakı səfiri Robert Martin Müller qalırmış.

Rusiyanın hücumunu qınayan Avropa Parlamentinin sədri Roberta Metsola “X” səhifəsində bildirib ki, Avropa Parlamentinin əməkdaşlarının yerləşdiyi otel gecə hücumu zamanı zərər görüb.

Avstriyanın Ukraynadakı səfiri Robert Martin Müller də hücum zamanı qaldığı otelin zədələndiyini bildirib.

Məlumata görə, hücum nəticəsində diplomatlar və otel əməkdaşları xəsarət almayıb. Bununla belə, onların şəxsi əmlakına ziyan dəyib.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər