Saytımızı qiymətləndirin


 
 

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Tarix: 22-02-2022 | Saat: 15:43
Bölmə:Karusel / Kriminal | çapa göndər

Baş Prokurorluq bir neçə jurnalisti cərimələdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilmiş Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun Mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranmışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər