Saytımızı qiymətləndirin


 
 

Azərbaycan çempionatının oyununda dava düşdü - Video
Tarix: 01-04-2022 | Saat: 17:53
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.

 

Qarabaginfo.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb. 

Belə ki, “Sabah”-2-nin futbolçusu Təbriz İsazadə MOİK-in futbolçusu Rafael Qavamini vurub. 

Nəticədə qarşılaşmanın hakimi Rəvan Həmzəzadə Təbriz İsazadəyə qırmızı vərəqə göstərib. 

Lakin ara bununla sakitləşməyib. “Sabah”-2-nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər. 

Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb. 



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər