Saytımızı qiymətləndirin


 
 

DTX Cəlilabadda əməliyyat keçirdi – Polislə birgə
Tarix: 22-05-2021 | Saat: 14:40
Bölmə:Karusel / Kriminal | çapa göndər

DTX Cəlilabadda əməliyyat keçirdi – Polislə birgə

Cəlilabad Rayon Polis Şöbəsinin və DTX-nın Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Asəf Əlili, Bakı şəhər sakinləri Cəlal Sumbatov və Cəlal Babayev sonuncunun idarə etdiyi “Xəzər Lada” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə narkotik vasitə heroin, onların olduğu avtomobildən isə 7 bükümdə ümumilikdə 10 kiloqram 625 qram heroin, 2 ədəd bıçaq, 3 ədəd şpris və 1 ədəd şüşə ampula aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərində onun deyəcəyi yerə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını  təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DTX Cəlilabadda əməliyyat keçirdi – Polislə birgə
DTX Cəlilabadda əməliyyat keçirdi – Polislə birgə
DTX Cəlilabadda əməliyyat keçirdi – Polislə birgə


Xəbəri paylaş

1358 dəfə oxunub.

Digər xəbərlər
4-11-2021, 13:02 Sabahın hava proqnozu