Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir.