Avqustun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gedib.
Qarabaginfo.az xəbər verir ki, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.