Saytımızı qiymətləndirin


 
 

DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb, həmin vətəndaşdan üzr istənilib
Tarix: 09-06-2020 | Saat: 10:13
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

DİN: Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb, həmin vətəndaşdan üzr istənilib

Yasamal rayonunda vətəndaşı təhqir edən polis işdən çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, həmin polis əməkdaşı vətəndaşa "dovşan" deyərək təhqir edib.



Xəbəri paylaş

441 dəfə oxunub.

Digər xəbərlər