Saytımızı qiymətləndirin


 
 

Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib
Tarix: 19-08-2022 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Türkiyə Metsamor AES-in qəza təhlükəsinə qarşı təlimlər keçirib

Türkiyə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) baş verə biləcək qəza ssenarisinə qarşı təlimlər keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Təlimlərdə Qars vilayətinin Fövqəladə Hallar İdarəsi və digər dövlət strukturları iştirak ediblər.

Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı hərəkətlərin məşq edilməsidir.

Təlimlərin planına əsasən, Metsamor AES yaxınlığında 7 bal gücündə zəlzələ olub, nəticədə radioaktiv maddələrin sızması baş verib. Təbii fəlakət nəticəsində Türkiyə yaxınlıqdakı yaşayış məntəqələrinə də ziyan dəyib.

Qeyd edək ki, Metsamor AES Türkiyəyə 16 km məsafədə yerləşir. Azərbaycan və Türkiyə stansiyanın fəaliyyətinin beynəlxalq standartlara cavab verməməsi və və bağlanması məsələsini dəfələrlə qaldırıblar.

Xatırladaq ki, Metsamor AES-in istismar müddəti rusiyalı mütəxəssislərin köməyilə 2026-cı ilə qədər uzadılıb.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər